Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazax rayonu Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “İnsanlığa sığmayan cinayət” adlı dəyirmi masa keçirilib.

29.03.2019

29 mart 2019-ci il tarixdə saat 10:30-da Qazax rayonu Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “İnsanlığa sığmayan cinayət” adlı dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Nailə Əliyeva açaraq bildirib ki, 31 mart Azərbaycanın tarixində unudulmaz bir gündür. Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər var ki, fəlakət və qüssəsinin əzəməti  ilə unudulmur. Məhz 31 mart qanlı – qadalı günləri ilə unudulmur və heç zaman unudulmayacaq. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova “31 mart Azərbaycanlıların soyqırımı” adlı məruzə ilə çıxış edib. Tədbirdə çıxış edən şairlər soyqırıma həsr etdikləri  şerlərini söyləyiblər. Mədəniyyət Mərkəzinin metodisti Məfrubə Mehdiyeva, MKS-nin direktoru Solmaz Babanlı da  insanlığa sığmayan cinayətdən ətraflı danışıblar.                                                                                                          

 

 

3 MB

 

3 MB

 

2.8 MB