Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yuxarı Salahlı kənd folklor evi Aprel döyüşlərinin ildönümünə həsr olunmuş ” Şanlı zəfər tariximiz ” adlı anım tədbiri keçirib.

04.04.2019

 03 aprel 2019-ci il tarixdə saat 11: 00-da Yuxarı Salahlı kənd folklor evi, 1 və 2 saylı kitabxana filalları kəndin Şəhidlər Xiyabanında uyuyan  Vətən uğrunda canından keçən igid Elvin Namazovun qəbri üstə Aprel döyüşlərinin ildönümünə həsr olunmuş  " Şanlı zəfər tariximiz " adlı anım tədbiri keçirib. Tədbirdə  Folklor evinin işçiləri, şəhid Elvin Namazovun valideynləri, əzizləri və kənd əhalisindən bir qrup olmaqla 18 nəfər iştirak edib.  Aprel şəhidlərinin, eləcə də torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş  şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri folklor evinin müdiri Asya Orucova açaraq bildirib ki,  Şəhidlik müqəddəslik və ucalıqdır. Bu ucalıq isə hər insana nəsib olmur. Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımızın adı dövlətimiz tərəfindən hər zaman uca tutulur, əbədiləşdirilir. Bütün şəhidlər bizim üçün əzizdir və onların xatirəsi qəlbimizdə yaşayır. Belə tədbirlərin keçirilməsi şəhid ailələrinə təsəlli olmaqla yanaşı, uşaqların və gənc nəslin vətənpərvər ruhda böyüməsinə xidmət edir.  2 saylı kitabxana filialın müdiri Məktubə Qocayeva çıxışında qeyd edib ki,  şəhidlərimizin göstərdikləri şücaət dövlət tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin sərəncamları ilə  Elvin Məmməd oğlu Namazov "Vətən uğrunda",  Mühüd Qurban oğlu Orucov "İgidliyə görə", Orxan Məhəmməd oğlu Əliyev isə "Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medal” ilə təltif olunub.    Elvin Namazovun atası Məmməd Namazov şəhid oğlu ilə fərx etdiyini deyib: -  "O, vətənin müdafiəsi uğrunda şəhid olub. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Vətən sağ olsun!" 

Uşaqlar Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər söyləyib.

 

114.6 KB

 

101.2 KB

 

100.1 KB