Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir”

04.04.2019

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qazax şəhərində Aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” devizi altında hərbi şöhrət bayramı keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin rəsmiləri, Aprel şəhidlərinin valideynləri, ailə üzvləri, döyüşlərdə yaralanaraq sağlamlıqlarını itirən əsgər və zabitlər, paytaxt Bakıdan, qonşu rayonlardan gəlmiş Qarabağ müharibəsi veteranları, ictimaiyyət nümayəndələri  əvvəlcə Şəhidlər Xatirə Kompleksini ziyarət edərək “Əbədi məşəl” önünə qırmızı qərənfillər düzüb, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, ulu öndərimizin adını daşıyan parkda keçirilən hərbi şöhrət bayramına qatılıblar.Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan, Qazax rayonundan pərvazlanan şəhid kapitan Mühüd Orucov, baş leytenant Elvin Namazov və əsgər Orxan Əliyevin qəhrəmanlıqları xatırlanıb, onların ölməzliyi naminə məşəllər yandırılıb.

 

328.6 KB

 

314 KB

 

377 KB