Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa rayon Mədəniyyət mərkəzində Aprel döyüşlərinin üçüncü il dönümünə həsr edilmiş tədbir keçirildi.

04.04.2019

04 aprel 2019-cu il tarixdə Aprel döyüşlərinin üçüncü ildönümü ilə bağlı Ağstafa rayon mədəniyyət mərkəzində tədbir keçirildi. Tədbirdə Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri, Aprel döyüşlərin iştirakçıları, rayon veteranlar cəmiyyətinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov açaraq qeyd etdi ki, aprel döyüşlərində digər bölgələr kimi, Ağstafada olan gənclər də öz igidlikləri, şəxsi şücaət və rəşadətləri ilə xalqımıza başucalığı gətirdilər. Azərbaycan Ordusu müdrik və qətiyyətli Ali Baş Komandan  cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aprel döyüşlərində qələbə qazandı, düşmənin layiqli dərsini verdi.
4 günlük aprel döyüşlərinin nəticəsi olaraq 2000 ha-dan artıq torpaqlarımız və strateji cəhətdən əhəmiyyətli olan Lələtəpə yüksəkliyi düşmənlərdən azad edildi. Qazanılmış qələbədə gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsi Azərbaycanın uğurlu gənclər siyasətinin nəticəsidir.

 Tədbirdə aprel döyüşlərində əlil olmuş cəsur döyüşçülər Abdullayev Məhərrəm İlham oğlu və Daşdəmirov Əfqan Nüsrət oğlu keçdikləri şərəfli döyüş yollarından danışdılar.

Sonra İcra Hakimiyyətinin məsul işçisi Əziz Məsmalıyev çıxış edərək bildirdi ki, 2016-cı ilin Aprel döyüşlərinin baş verdiyi hər bir gün hamımız üçün böyük sınaq günləri oldu. Həmin günlər Azərbaycan ordusunun əsgərləri doğma Vətən torpaqlarının hər bir qarışının bizlər üçün nə qədər əziz olduğunu öz canları və qanları hesabına bir daha sübut etdilər. Qeyd olundu ki, Aprel döyüşlərində əldə etdiyimiz qələbədə vətənpərvərlik tərbiyəsinin rolu danılmazdır. Qazanılmış bu qələbədə gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsi, əhval-ruhiyə sərgiləməsi Prezident, İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasətinin bariz nümunəsidir. 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan ordusunun hərbiçiləri şəhidlik zirvəsinə yüksələrək öz canları və qanları hesabına hər birimizə çoxdan gözlədiyimiz qələbənin yollarını göstərdilər.

Tədbirdə o cümlədən Regional İdarənin əhatə edən mədəniyyət müəssisələrinin gənc əməkdaşları çıxış edərək aprel döyüşlərinin gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük və əhəmiyyətli rola malik olduğunu bildirdilər.

Tədbirin sonunda Vüqar Qədirov gənclərimizi, Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməyə və gələcəkdə böyük qələbəyə hazır olmağa səslədi.

 

 

409.7 KB

 

218.3 KB

 

396.3 KB