Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin 02.11.2017-ci il tarixində Mədəniyyət müəssisələri işçiləri ilə seminar müşavirəsi keçirildi.

02.11.2017

Seminar müşavirə Regional İdarəsinin rəisi Ramiz Quliyevin rəhbərliyi ilə keçirilib. Müşavirə zamanı gündəlikdə duran məsələlər, Oktyabr ayı ərzində görülmüş işlər və Noyabr ayında görüləcək işlər eləcə də ay ərzində keçiriləcək tədbirlər müzakirə edilib. Seminar-müşavirənin gündəliyində duran digər məsələlərdən biri isə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni istifadəyə verilmiş Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin saytının yaradılması və sayta mütəmadi olaraq keçirilmiş tədbirlər haqqında məlumatların yerləşdirilməsi olub. Müşavirə zamanı müəssisə rəhbərlərinin aylıq hesabat çıxışları da dinlənilib.

Eyni zamanda hər ay olduğu kimi Regionu əhatə edən Qazax və Tovuz rayonlarında da seminar-müşavirələr təşkil edilmişdir.

 

170.8 KB

 

298.4 KB

 

273.6 KB