Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa rayon Mərkəzi Kitabxana və 2 №-li Dağ Kəsəmən kənd tam orta məktəbin kollektivi 23 Aprel Beynəlxalq Kitab və Müəllif Hüquqları günü münasibətilə “Kitab insan ruhunun müqəddəs borcudur” adlı tədbir keçirdi.

17.04.2019

17 aprel 2019-cu il saat 12:00-da Ağstafa rayon Mərkəzi Kitabxana  və  2 №-li Dağ Kəsəmən kənd tam orta məktəbin kollektivi 23 Aprel Beynəlxalq Kitab və Müəllif Hüquqları günü münasibətilə “Kitab insan ruhunun müqəddəs borcudur” adlı tədbir keçirdi. Tədbiri giriş sözü ilə açan 2 №-li Dağ Kəsəmən kənd tam orta məktəbin Kitabxana müdiri Qafarova Sevinc tədbir iştirakçılarını salamladı və çıxış edərək bildirdi ki, Kitab və Müəlliflik Hüququ Gününü  qeyd etdiyimiz tədbirlərin məqsədi “bilik mənbəyi olan və yeni bilik yaradan”, “bir oxunan Kitabın bəhrəsi olan yeni Kitaba yol açan” müəlliflik və müəlliflik hüququnun mədəni irsimizdəki əhəmiyyətini bir dəfə də açıqlamaq, davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasında rolunu diqqətə çatdırmaq, əqli mülkiyyət yaradıcılarına hörmət və ehtiramımızı bildirmək və mədəni ənənələrimizin qorunub saxlanmasında və xüsusən erməni mənimsəmələrinə qarşı çıxmağın fəallaşmasını cəmiyyətimizin diqqətində saxlamaqdır.Məktəbin müəlliməsi Balacanova Yeganə qeyd etdi ki, 23 aprel UNESCO tərəfindən elan edilən və Azərbaycanda artıq 1997-ci ildən başlayaraq ənənəvi şəkildə qeyd edilən Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. Müəlliflik hüququnun kitab ilə təmasda olması, “Yaradıcıdan-kitaba, müəllifdən-müəlliflik hüququna” yolu heç də təsadüfi deyildir. Məşhur fransız filosofu Volterin kəlamı ilə desək, “onlar ocaqlarımızdakı oda bənzəyir: onu qonşudan götürüb, özümüzdə yandırıb, digərlərinə veririk və beləliklə, onlar hamıya məxsusdur”.  Sonra Mərkəzi Kitabxananın direktor müavini Sadıxova Göyçək iştirakçılarının diqqətinə çatdırdı  ki, kitabları, yaradıcı, sənaye, siyasi, milli və beynəlxalq aspektləri ilə gündəmə gətirməkdir. Kitabların qiymətli, estetik duyğulara, məlumatlara və insanlığın xəyal gücü məlumatlarına çatmasının əsas yolu olduğunu bilirik. Kitablar eyni zamanda, yaradıcılığın, informasiya və təhsilin daşıyıcısı kimi hər mədəniyyətin təməl xüsusiyyətlərinin nümayiş olunmasını və onların özünəməxsusluğunu görməyimizi təmin edir. Tədbirin sonunda 6 və 7-ci sinfin şagirdləri  Heydanova Humay,Hacıyeva Nəzrin, Qəhrəmanov Hüseyn, Xəlilov Əziz, şeir söylədilər və Kitab müəllifləri haqqında qısa məlumat verdilər.

 

 

74.8 KB

 

47.5 KB

 

51.8 KB