Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa rayon Mərkəzi Kitabxananın kollektivi 18 aprel tarixi “Beynəlxalq abidələr və tarixi yerlər” günü münasibətilə Ağstafa rayon Hüseyn Arifin ev muzeyində qonaq oldular.

18.04.2019

18 aprel 2019-cu il saat 12:00-da Ağstafa rayon Mərkəzi Kitabxananın kollektivi 18 aprel tarixi “Beynəlxalq abidələr və tarixi yerlər” günü münasibətilə Ağstafa rayon Hüseyn Arifin ev muzeyində qonaq oldular. Ağstafa rayon Mərkəzi Kitabxananın direktoru  Solmaz Nağıyeva öz ürək sözlərini xatirə dəftərinə yazdı. O, qeyd etdi ki, xalqımızı, dilimizi, varlığımızı əbədiyyətə qovuşdurmuş Hüseyn Arif ədəbiyyatımızda ölümsüzlük qazandı, saz nəfəsli, yaz həvəsli bir sənətkar ömrü yaşadı.Hüseyn Arif xalqımızın zəngin bədii- poetik irsi zəminində yaratdığı əsərlərlə milli ədəbiyyatımıza töhfələr verib.Şairin əsas qayəsi vətənə məhəbbətin, mənəvi-əxlaqi zənginliklərin, təbiət gözəlliklərinin tərənnümündən ibarət olan yaradıcılığı bu gün də gənc nəslin tərbiyəsində öz əhəmiyyətini qoruyub saxlayır. Ağstafa rayon MKS-in kollektivi şairdən yadigar qalan eksponatlarla tanış oldu.

 

 

74.1 KB

 

67.7 KB

 

68.2 KB