Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa Regional Mədəniyyət İdarəsinin Tovuz rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçilərinin iştirakı ilə seminar-müşavirə keçirildi

20.04.2019

19 aprel 2019- cu tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsinin Tovuz rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçilərinin iştirakı ilə seminar-müşavirə keçirildi. 
Tədbiri giriş sözü ilə açan Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov regional idarəni əhatə edən rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin qarşısında duran vəzifələrdən bəhs etdi. 
O, Respublikamızın Prezidenti Cənab İlham Əliyevin  mədəniyyət sahəsinə diqqət və qayğısından, hər bir mədəniyyət işçisinin öz işinə tam məsuliyyətlə yanaşmasının vacibliyindən danışdı. Vüqar Qədirov eyni zamanda bəzi müəssisələrin işlərində nöqsanların aşkarlandığını, qısa müddətdə bu çatışmazlıqların aradan qaldırılmasının vacib olduğunu bildirdi.
 Natiq eyni zamanda mədəniyyət sahəsində  həyata keçirilən optimallaşma prosesisinin mahiyyətini və tətbiqinin vacibliyini qeyd etdi.
Seminarda o cümlədən, Tovuz MKS-nin direktoru Güldərən İbrahimova çıxış edərək kitabxanalara oxucularda marağın artırılması istiqamətində bütün MKS filiallarına silsilə tədbirlərin, kitab sərgilərinin və s. həyata keçirilməsinin ciddi tapşırıldığını və daim nəzarətdə saxlanıldığını qeyd etdi.
Tovuz rayon Mədəniyyət Mərkəzinin direktoru Asif Qasımov rayonun ictimai və mədəni həyatını əhatə edən tədbirlərdə Mərkəzin fəaliyyətindən və rolundan bəhs etdi. O, əlamətdar günlərdə hər zaman bu mərkəzin kollektivinin rayon ictimaiyyəti qarşısında tamaşa və konsertlərlə mütamadi çıxışlar etdiyini bildirdi.
idarənin KİV və sosial şəbəkələrlə iş üzrə məsul əməkdaşı Xəyal Nağıyev bu sahədə görülən işlərdən və qarşıda duran vəzifələrdən bəhs etdi.

 

85.5 KB

 

97.1 KB

 

79.4 KB