Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa rayon Mərkəzi Kitabxananın kollektivi Ağstafa RMX-nın konsultativ poliklinikasında XX əsr Azərbaycan elminin böyük simalarından olan Zərifə xanım Əliyevanın 96-cı ildönümü münasibətilə “Nurlu ömrün salnaməsi-Zərifə Əliyeva” başlıqlı söhbət keçirdi.

22.04.2019

22 aprel 2019-cu il saat 15:30-da Ağstafa rayon Mərkəzi Kitabxananın kollektivi Ağstafa  RMX-nın   konsultativ poliklinikasında  XX əsr Azərbaycan elminin böyük simalarından olan Zərifə xanım Əliyevanın 96-cı ildönümü münasibətilə “Nurlu ömrün salnaməsi-Zərifə Əliyeva” başlıqlı söhbət keçirdi. Tədbiri giriş sözü ilə açan poliklinikanın müdiri Gülnar Abdullayeva çıxış edərək bildirdi ki, Azərbaycanın tanınmış oftalmoloqu, akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olduğunu bildirib: “Zərifə xanım Əliyeva həmvətənlərinin qayğısına qalan humanist insan idi. Onun həyat ideyaları və şəxsiyyəti bu gün də müasir Azərbaycan gəncliyi üçün əsl nümunədir. Azərbaycan xalqına xas müsbət keyfiyyətlər, ali dəyərlər Zərifə Əliyevanın şəxsiyyətində cəmləşmişdi. İnsanlara nur bəxş edən, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanan Zərifə xanım tibb elminin ən uca pillələrinə yüksəlməklə yanaşı, nümunəvi bir həyat yolu keçib”. Sonra tədbirdə çıxış edən Ağstafa Mərkəzi Kitabxananın direktoru S. Nağıyeva Zərifə xanım Əliyevanın müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr edən dahi şəxsiyyətin, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olduğundan danışıdı Ülvi keyfiyyətlərə malik olan akademik Zərifə xanım Əliyevanın yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşdiyini vurğuladı.

 

68.4 KB

 

65.8 KB

 

67.8 KB