Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa şəhər Heydər Əliyev Mərkəzində dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim. Zərifə xanım Əliyevanın anadan olmasının 96 illik yubileyi münasibətilə tədbir keçirildi.

24.04.2019

24 aprel 2019-cu il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ağstafa şəhər Heydər Əliyev Mərkəzində dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim. Zərifə xanım Əliyevanın anadan olmasının 96 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbirin əvvəlində alimin həyat və fəaliyyətini özündə əks etdirən kitab sərgisinə baxış keçirildi, xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov görkəmli alimin həyat və faəliyyəti haqqında geniş məlumat verərək bildirdi ki, Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. O, ulu öndərimizə mənəvi dayaq, arxa olub. Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib. Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Eyni zamanda iş həyatının məziyyətlərinə baxmayaraq Zərifə Əliyevanın bir ana olaraq övlad tərbiyyə etmək məsuliyyəti də daim üzərində olmuşdur.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu gün ölkəmizin sosial-iqtisadi inkişafında, hərbi qüdrətinin artmasında, daxili və xarici siyasətdə qazandığı uğurda, Azərbaycan Dövlətinin qurucusu və memarı Heydər Əliyev irsinin layiqli davamçısı olmasında Zərifə xanımın bir ana kimi verdiyi tərbiyyənin rolu böyükdür. Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq. Tədbirdə eyni zamanda Ağstafa Regional Mədəniyyət İdarəsinin rəis müavini Gülgün Kərimov, kiçik məsləhətçi Bəhruz Bayramov, Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, idarənin digər əməkdaşı Pəri Məmmədova, idarənin KİV və sosial şəbəkələrlə iş üzrə məsul əməkdaşı Xəyal Nağıyev çıxış etdilər.

 

95.1 KB

 

81 KB

 

77.6 KB