Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazax MKS-in E.Hüseynov adına Mərkəzi Kitabxana Mədəniyyət Mərkəzi ilə birlikdə Azərbaycan xalqının görkəmli oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Nurlu ömrün salnaməsi” mövzusunda dəyirmi masa keçirib.

26.04.2019

26 aprel 2019-cu il tarixdə saat 11:00-da Qazax rayon MKS-in E.Hüseynov adına Mərkəzi Kitabxana Mədəniyyət mərkəzi ilə birlikdə Mərkəzi kitabxananın oxu zalında Azərbaycan xalqının görkəmli oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Nurlu ömrün salnaməsi” mövzusunda dəyirmi masa keçirib. Mədəniyyət işçiləri və  fəal oxuculardan ibarət 42 nəfərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan MKS-in direktoru Solmaz Babanlı görkəmli alim, akademik Zərifə Əliyevanın şərəfli ömür yolu haqqında məlumat verib. “Nurlu ömrün salnaməsi” adlı məruzə ilə çıxış edən Metodika və biblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova  iştirakçılara qayğıkeş insan, itedadlı alim Zərifə Əliyevanın həyat və faliyyəti haqqında  ətraflı məlumat verib: Zərifə xanım  Əliyeva müasir tariximizə əbədi həkk olunan mənalı ömür yaşamış, fədakar əməyi, çalışqanlığı, tədqiqatçılıq əzmi ilə tibb elminin ən uca pilləsinə - akademik zirvəsinə ucalmış, məsuliyyətli, eyni zamanda, nümunəvi həyat yolu keçmişdir... Tədbirdə çıxış edən MİHİ Komitəsinin sədiri İsgəndər Qurbanov, Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova, MM–in metodisti Məfrubə Mehdiyeva, mədəni təşkilatçı Nailə Əliyeva, baş kitabxanaçı Aliyə Mahmudova Zərifə Əliyevanın fitri istedada malik novator alim, nəcib bir insan, sədaqətli ömür-gün yoldaşı, cəfakeş ana kimi xüsusiyyətləri ilə müdriklik məktəbi yaratdığını qeyd ediblər.

 

229.6 KB

 

230 KB

 

261.9 KB