Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş “Zəmanəmizin Böyük Azərbaycanlısı” adlı XI ənənəvi Kitab bayramı keçirib.

08.05.2019

07 may 2019-cu il tarixdə saat 15:00-da  Qazax rayon  Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mədəniyyət Mərkəzinin qarşısında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş “Zəmanəmizin Böyük Azərbaycanlısı” adlı XI ənənəvi Kitab bayramı keçirib.Tədbirdə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov, məsləhətçi Bəhruz Bayramov, mətbuat katibi Xəyal Nağıyev, Tovuz rayonu üzrə nümayəndə Adil Həsənov, Qazax rayonu üzrə nümayəndə Valeh Vəliyev, MİHİ-nin Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov, Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının üzvləri- şairlərdən  Bilal Qoca, Tamella Poladlı, Asimə Hüseyn, Gülsənəm Cəlili, Kazım Kazımlı,  şəhər məktəblərindən müəllim və şagirdlər, fəal oxucular, rayon ictimaiyyətindən nümayəndələr, mədəniyyət işçiləri iştirak edib.  Tədbiri giriş sözü ilə açan MKS-in direktoru Solmaz Babanlı təməli dünya şöhrətli siyasi xadim Heydər Əliyev tərəfindən qoyulan və bu gün onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti ilə davam etdirilən müstəqil Azərbaycanın dünyanın inkişaf edən ölkələri sırasında inamla irəlilədiyini qeyd edib. Tədbirdə bir-birindən rəngarəng kompozisiyalar iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb. Belə ki, Şəhər 4 saylı məktəbin müəllimi Vüsalə Əhmədovanın rəhbərliyi ilə  3-cü sinif  şagirdlərinin “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı musiqili kompozisiyası, Mədəniyyət Mərkəzinin “Qönçə” rəqs qrupunun kiçik fidanı ZəhraAbdullayevanın “Turacı”, Aysu Hacıyevanın “Vağzalı-Mirzeyi” rəqsləri, məktəblilərdən Bəturə, Elbəy Mustafayevin, Əsmər Hüseynovanın, Nərmin Tatlıyeva, Əsgər Əsgərov və başqalarının söylədikləri Ulu Öndərə  həsr olunmuş şeirləri  xüsusi alqışlarla qarşılanıb. Kitab bayramında təqdimatı keçirilən şairlərdən Tamella Poladlının  “Qəlbimdə yaşayır o dağlar mənim”, Kazım Kazımlının “Şair eldən ayrılmasın” adlı kitabları Mərkəzi Kitabxanaya hədiyyə  edilib. Tədbir  zamanı Ulu Öndərə həsr olunmuş “Qürurumuzsan..... Sərvətimizsən”, “Azərbaycan tarixi və mədəniyyəti ”, “Vətən torpağı bizi səsləyir”, “Qarabağın baş tacı: Şuşa”, “Laçının min illik yadigarları”, “2019-İmadəddin Nəsimi ili”, “Əsrlərə sığmayan şair”, “Qədim Ozan yurdu Qazaxa gəlin!”, “Təmiz vicdan və mənəviyyatı bütöv Şəxsiyyət-İsmayıl Şıxlı”, “Cəlil Məmmədquluzadə-150” və s. başlıqlı sərgilərdə nümayiş olunan materiallar iştirakçılar tərəfindən maraqla izlənilib. Rəngarəng mahnı və rəqslərlə davam etdirilən tədbir şən ovqatla sona çatıb.

 

 

405.2 KB

 

440.6 KB

 

70 KB