Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr edilmiş ”Kitab bayramı” keçirildi.

10.05.2019

Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Ağstafa rayon ictimaiyyəti Ulu Öndərin Ağstafa rayon Heydər Əliyev Mərkəzinin qarşısında ucalan abidəsini ziyarət etdilər, əziz xatirəsinə ehtiram əlaməti olaraq abidənin önünə gül dəstələri qoydular. Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin iştirak etdiyi silsilə tədbirlərdə Ağstafa Regional Mədəniyyət İdarəsinin Ağstafa Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkil etdiyi kitab bayramı sərgisinə baxış keçirildi. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinə gələrək Ümummilli Liderə həsr olunmuş filmə tamaşa etdilər. Mərkəzdə Heydər Əliyevin həyatını, ictimai-siyasi fəaliyyətini əhatə edən sərgiyə baxış keçirildi.

 

399.4 KB

 

423.2 KB

 

552.7 KB