Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə “Mən bir solmaz duyğuyam ki” başlığı altında ədəbi-bədii gecə təşkil edilmişdir.

15.05.2019

15 may 2019-cu il tarxinidə saat 12:00- da Ağstafa rayon MKS-in və Mədəniyyət Mərkəzinin tabeliyində olan  1 və 2 №-li Poylu kənd, Pirili, Qıraq Kəsəmən və Kolxəlfəli kənd kitabxana filialları, Poylu kənd folklor-mədəniyyət evi, Pirili kənd klubu,Qıraq Kəsəmən kənd sənətkarlıq klubu, Kolxəlfəli kənd folklor klubu birləşərək Azərbaycan ədəbiyyatının əvəzolunmaz dramaturqu Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə “Mən bir solmaz duyğuyam ki” başlığı altında ədəbi-bədii gecə təşkil edilmişdir.  Tədbir Poylu kənd folklor-mədəniyyət evində keçirilmişdir. Tədbirdə kənd orta məktəbinin müəllim və şagird kollektivi, Ağstafa rayon MKS-in Mərkəzi Kitabxanasının işçiləri, Mədəniyyət Mərkəzinin kollektivi, kənd ictimaiyyəti iştirak edirdi. Tədbirdə Cəfər Cabbarlının əsərlərindən səhnəciklər nümayiş etdirildi, şagirdlərin ifasında şeirləri dinlənildi. Tədbirin sonunda Ağstafa rayon MKS-in direktoru Solmaz Nağıyeva çıxış edərək Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirovun adından tədbir iştirakçılarına minnətdarlığını bildirdi. Onu da qeyd etdi ki, üzrlü səbəblərdən rəis bu tədbirdə iştirak edə bilmədi. Solmaz Nağıyeva tədbirin təşkilində zəhməti olan insanlara təşəkkürünü bildirdi.

 

119.6 KB

 

95.3 KB

 

86.8 KB