Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa rayon MKS-in Oxuculara xidmət şöbəsi xalq artisti Hüseynqulq Sarabskinin anadan olmasının -140 illik yubileyi münasibətilə “Səhnəmizin əfsanəvi məcnunu Hüseynqulu Sarabski” adlı tədbir keçirdi.

21.05.2019

21 may  2019-cu il saat 15:00-da Ağstafa rayon MKS-in Oxuculara xidmət şöbəsi xalq artisti Hüseynqulq Sarabskinin anadan olmasının -140 illik yubileyi münasibətilə “Səhnəmizin əfsanəvi məcnunu Hüseynqulu Sarabski” adlı tədbir keçirdi.  Tədbiri giriş sözü ilə açan Mərkəzi Kitabxana Sisteminin direktoru S. Nağıyeva çıxış edərək bildirdi ki, azərbaycanın Xalq Artisti,  görkəmli aktyor, opera müğənnisi, rejissor, pedaqoq, tanınmış teatr xadimi Hüseynqulu Sarabskinin XX əsr milli musiqi mədəniyyətimizin tarixində özünəməxsus yer tutan sənətkarlardandır.  Daha sonra oxuculara xidmət şöbəsinin işciləri Hüseynova Qönçə, Əzizova Nənəxanım  öz çıxışlarında qeyd etdilər ki, Hüseynqulu Sarabski Azərbaycanın teatr və musiqi mədəniyyətinin böyük nümayəndələri sırasında layiqli yer tutan tanınmış şəxsiyyətlərdəndir. Şərqlə Qərbin musiqili teatr ənənələrinin qovuşuğunda meydana gəlmiş və dünya opera sənətinin unikal hadisəsinə çevrilmiş muğam operasının təşəkkülündə onun ifaçı kimi müstəsna xidmətləri vardır. Muğamları dərindən bilən, parlaq aktyorluq istedadına malik sənətkar milli opera və operettalarda əsas partiyaların ilk və unudulmaz ifaçısı olmuş, uzunmüddətli dolğun səhnə fəaliyyəti ərzində rəngarəng obrazlar qalereyası yaratmışdır. Sarabski respublikanın mədəni həyatında yaxından iştirak etmiş, eyni zamanda, muğam sənətinin təbliği və tədrisinə mühüm töhfələr vermişdir.

 

63.8 KB

 

56.6 KB

 

56.9 KB