Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa rayon Heydər Əliyev Mərkəzində görkəmli teatr və kino aktyoru, Respublikanın Xalq Artisti, Fərdi Prezident Təqaüdçüsü,III dərəcəli Əmək Ordenli Tariel Qasımovun 80 illik yubileyi qeyd olunub.

23.05.2019

23 may 2019-cu il tarixdə Ağstafa rayon Heydər Əliyev Mərkəzində görkəmli teatr və kino aktyoru, Respublikanın Xalq Artisti, Fərdi Prezident Təqaüdçüsü,III dərəcəli Əmək Ordenli Tariel Qasımovun 80 illik yubileyi qeyd olunub. Rayon İcra Hakimiyyəti və Ağstafa Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yubiley tədbirində rayon ziyalıları, mədəniyyət işçiləri, o cümlədən paytaxtdan gəlmiş Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları iştirak ediblər.Yubiley tədbirdən əvvəl Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ümummili Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib. 

Yubiley proqramı Tariel Qasımovun həyat və fəaliyəti haqqında qısametrajlı filmin nümayişi ilə başlayıb. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov, Qazax Dövlət Dram Teatrının direktoru Saqif İsgəndərov, H.Arif adına əbədi birliyin rəhbəri şair Saqif Qaratorpaq çıxış edərək, Tariel Qasımovun keçdiyi şərəfli və mənalı ömür yolundan söz açmışlar. Qeyd olunmuşdur ki, ağstafalılar öz dəyərli eloğlusu ilə fəxr edir və bu gün Tariel Qasımovun 80 illik yubileyini öz doğulduğu yurdda qeyd etməsinin də xüsusi önəmi, xüsusi gözəlliyi vardır.
Tədbirdə həmçinin, Ağstafa rayon Uşaq Musiqi Məktəbinin ansamblının və müxtəlif ifaçıların ifasında Tariel Qasımovun sevdiyi mahnılar səsləndirilib, Dövlət Gənc Tamaşaçılar Teatrı və Qazax Dövlət Dram Teatrı aktyorlarının ifasında maraqlı səhnəciklər nümayiş olunub.
Həmçinin Tariel Qasımov tamaşaçıların müxtəlif suallarını cavablandırıb. Xalq artisti ona göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə təşəkkür edib. Tədbirin sonunda mədəniyyət işçiləri xalq artisti ilə xatirə şəkilləri çəkdirib.

 

116.9 KB

 

86.7 KB

 

89.2 KB