Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazax rayon MKS-in E.Hüseynov adına Mərkəzi kitabxana Uşaq şöbəsi ilə birlikdə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Nəsimi 650” adlı ədəbi- bədii kompozisiya təşkil olunub

24.05.2019

24 may 2019- cu il tarixdə saat 15:00-da Qazax rayon MKS-in E.Hüseynov adına Mərkəzi kitabxananın Uşaq şöbəsinin qarşısında Mərkəzi kitabxana ilə birlikdə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Nəsimi 650” adlı ədəbi – bədii kompozisiya təşkil olunub. Tədbirdə Ağstafa Regional Mədəniyyət Idarəsinin rəisi Vüqar Qədirov və idarənin məsul işçiləri, Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, MİMHİ-nin Qazax rayon üzrə sədri İsgəndər Qurbanov, mədəniyyət işçiləri, şəhər məktəbliləri və fəal oxuculardan bir qrup olmaqla 80 nəfər iştirak edib. Şəhər 1 saylı Uşaq musiqi məktəbinin tar müəllimi Valeh Məmmədovun rəhbərliyi ilə trionun və gənc aşıqların ifasında rəngarəng mahnılar tədbir iştirakçılarının ruhunu oxşayıb. Məktəblilərdən Tatlıyeva Nərmin şairin “...Bəllidir”, Mansırova Fidan “..... Yaxşıdır”, Qurbanova Xanım, Pənahova Aysu “.... Bitər”, Mahmudov Kənan, Cabbarov Şahbəddin “....Mənəm, mən” qəzəllərini tarın müşayəti ilə söyləyiblər. Mahmudov Kənan və Cabbarov Şahbəddinin Xalq yazıçısı İsa Hüseynovun (Muğanna) “Məhşər ” əsərindən səhnələşdirdikləri bir parça böyük maraqla qarşılanıb. Böyük Şairə həsr olunmuş geniş ceşiddə tərtib olunmuş “Nəsimi 650” adlı sərgiyə baxış zamanı Ağstafa Regional Mədəniyyət Idarəsinin rəisi Vüqar Qədirovla səmimi görüşdən həvəslənən milli paltarlı fəal oxucuların söylədikləri şeirlər xüsusi alqışlarla qarşılanıb

 

375.7 KB

 

345 KB

 

345.9 KB