Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

E. Hüseynov adına Mərkəzi kitabxananın Uşaq şöbəsi 28 May Respublika Günü ilə əlaqədar “Cümhuriyyətdən başlamış müstəqillik: 28 May Respublika Günü”adlı ədəbi kompozisiya keçirib.

27.05.2019

27 may 2019-cu il tarixdə saat 11:00-da E. Hüseynov adına Mərkəzi kitabxananın Uşaq şöbəsi kitabxananın qarşısında 28 May Respublika günü ilə əlaqədar “Cümhuriyyətdən başlamış müstəqillik: 28 May Respublika Günü”adlı ədəbi kompozisiya keçirib.Tədbirdə S.Əfəndiyev adına 1 saylı tam orta məktəbin 5 a sinif şagirdləri, şəhər 2 və 5 saylı Uşaq bağçanın müəllim və körpələri, mədənyyət işçiləri,fəal oxuculardan ibarət 56 nəfər iştirak edib.Tədbir məktəblilərin ifasında Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Uşaq şöbəsinin əməkdaşı Gülbəsti Musayeva tədbiri açaraq Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən qısa məlumat verib və tədbir iştirakçilarını təbrik edib. Tədbirin bədii hissəsində məktəblilərdən Hacalıyev Ülvü , Cəfərova Solmaz , Vəliyeva Xədicə və başqalarının ifasında şeirlər səslənib. Şəhər 5 saylı Uşaq bağçası -körpələr evinin müdüri Lamiyə Şıxıyeva və müəlliməsi Güldanə Mustafayevanın, 2 saylı Uşaq bağçası- körpələr evinin müəllimləri Mənsurə Almədədova və Rəna Manafovanın rəhbərliyi altında körpələrin bayrama həsr olunmuş ədəbi kompozisiyası alqışlarla qarşılanıb. Məktəblilər və körpə fidanlar mövzuya həsr olunmuş sərgiləri maraqla seyr ediblər.

 

357.9 KB

 

276.4 KB

 

361.8 KB