Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazaxda 28 May - Respublika Gününə həsr olunan tədbir keçirilib

28.05.2019

 Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon Mədəniyyət Mərkəzində 28 May - Respublika Gününə həsr olunan tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra isə Cümhuriyyətin yaranma tarixindən bəhs edən videoçarx nümayiş etdirilib.         Tədbirdə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, həmin dövrdə əldə edilən nailiyyətlərdən danışıb. Qeyd olunub ki, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, onun tarixi əhəmiyyəti çox böyükdür. Müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən bəhs edən Vüqar Qədirov dahi rəhbər Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib. Natiq Azərbaycanın sürətlə inkişaf etdiyini, nüfuzunun daha da yüksəldiyini, dünya ölkələri arasında özünə layiqli yer tutduğunu qeyd edib. Sonra Qazax rayon 1 və 2 nömrəli məktəbin müəllimlərdən ibarət ansamblı, rayonun mədəniyyət işçiləri və regionun müğənniləri vətənpərvər mahnılardan ibarət maraqlı konsert proqramı ilə çıxış ediblər.

 

108.2 KB

 

113.8 KB

 

97.4 KB