Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa rayon MKS-in Oxuculara xidmət şöbəsi 28 May Respublika günü münasibətilə “Müstəqilliyimiz əbədidir” adlı tədbir təşkil etmişdir.

27.05.2019

 

27 may  2019-cu il saat 15:00-da Ağstafa rayon MKS-in Oxuculara xidmət şöbəsi 28 May Respublika günü münasibətilə “Müstəqilliyimiz əbədidir” adlı  tədbir təşkil etmişdir. Tədbirdə  Ağstafa rayon Mərkəzi Kitabxana, Ağstafa rayon 1 saylı folklor  kulubunun və Ağstafa rayon Tarix Diyarşünaslıq müzeyinin kollektivi olmaqla 40 nəfər iştirak etdi. Tədbir ilk öncə  Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.  Tədbiri Ağstafa rayon Mərkəzi Kitabxana sisteminin direktor müavini Göycək Sadıxova açaraq bildirdib ki,  2019-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illiyi tamam olur.  Müasir Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul etmişdir. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü hazırda Respublika Günü kimi qeyd olunur. Məhəmməd Əmin Rəsulzadə Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri idi. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur. Daha sonra  Oxuculara xidmət şöbəinin müdiri N. Əzizova, Metodika və Biblioqrafiya şöbəsinin işcisi S. Nağıyeva çıxışlarında qeyd etdilər ki,  1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu.  Tədbirin sonunda kitabxanaçılar Elçin Mirzəbəylinin  “Azərbaycan milli azadlıq hərəkatı” marşını ifa etdilər.

 

 

59.4 KB

 

74.6 KB

 

72.5 KB