Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa rayon Heydər Əliyev Mərkəzində 28 May Respublika günü ilə əlaqədar tədbir keçirilib

29.05.2019

27 may 2019-cu il tarixdə Ağstafa rayon Heydər Əliyev Mərkəzində 28 May Respublika günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Ağstafa rayon 2 saylı orta məktəbin 4-cü sinif şagirdləri iştirak edirdilər. Tədbiri giriş nitqi ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova bildirdi ki, xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu.

Daha sonra şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirildi.

 

40.7 KB

 

33.5 KB

 

37.5 KB