Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tovuzda 15 iyun-Milli Qurtuluş günü qeyd olunub

15.06.2019

Ağstafa Regional Mədəniyyət İdarəsi və Tovuz rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə Tovuz şəhərində bayram tədbiri keçirilib.
Əvvəlcə Tovuz şəhərinin mərkəzindəki Heydər Əliyev adına meydanda Ümummilli Liderin abidəsi gül dəstələrinə qərq edilib.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, bir sıra səlahiyyətli şəxslər, ziyalılar, mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak edib. Qeyd olunub ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq  təhlükəsindən xilas edilib.
Azərbaycan xalqınının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin  müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş idealogiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.
Milli qurtuluş fəlsəfəsi, sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyətini təmin edib. Xalqın təkid və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan  ulu öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu.
Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev ümummilli liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Artıq 26 ildir ki, Azərbaycan Respublikasının milli qurtuluş yolu davam edir. Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır.
Azərbaycan dövləti tarixdə heç vaxt indiki qədər qüdrətli və güclü olmamışdır. Bütün bunlar  Azərbaycanın özü qədər əbədi olan Heydər Əliyevin adı ilə bağlıdır.

Tədbir Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Aşıq Əkbər Cəfərov adına Tovuz rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət dərnəyi və Aşıq Əsəd Rzayev adına Tovuz rayon Uşaq Musiqi Məktəbi müəllimlərinin hazırladığı geniş bayram konserti ilə davam edib.

 

480.5 KB

 

608.2 KB

 

574.9 KB