Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa Regional Mədəniyyət İdarəsi N saylı Hərbi hissənin əsgər və zabitlərinin iştirakı ilə 26 iyun Silahlı Qüvvələr günü münasibətilə Ağstafa rayon Heydər Əliyev Mərkəzində bayram tədbiri keçirdi

25.06.2019

Bu gün Ağstafa Regional Mədəniyyət İdarəsi N saylı Hərbi hissənin əsgər və zabitlərinin iştirakı ilə 26 iyun Silahlı Qüvvələr günü münasibətilə Ağstafa rayon Heydər Əliyev Mərkəzində bayram tədbiri keçirdi.
Tədbir iştirakçıları ilk öncə Heydər Əliyev Mərkəzinin foyesində Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkil etdiyi sərgiylə və Mərkəzin sərgi salonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən guşəylə tanış oldular. 
Mərkəzin konfrans salonunda davam edən tədbir Azərbaycanın Dövlət Himninin sədaları və şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsilə açıq elan edildi. 
Tədbiri giriş sözü ilə Regional İdarənin rəisi Vüqar Qədirov açaraq Milli ordunun yaranma tarixini xronoloji təhlil edərək göstərdi ki, Milli ordunun yaranması Azərbaycan xalqının milli dövlətçilik və milli özünütəsdiq tarixinin ən önəmli mərhələrindən biridir.
Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yarandığını qeyd edən natiq bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. V.Qədirov Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərmanın qüvvədən düşürüldüyünü və 26 iyun tarixinin Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edildiyini bildirdi.
Ümummilli liderimiz Heydər Əliyevin birinci dəfə hakimiyyətdə olduğu ilk illərdə, 1971-ci ildə C.Naxçıvanskı adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdiyini, ikinci hakimiyyəti dövründə isə, 1999-cu ildə Azərbaycanda Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladığını, bu addımların milli zabit kadrlarımızın yetişdirilməsində böyük rola malik olduğunu qeyd etdi. Bu məktəblərdə yetişən Azərbaycan hərbiçiləri 2016-cı ildə aprel döyüşlərində sübut etdilər ki,bizim ordumuz hər an Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımızı düşmən tapdağından azad etməyə qadirdir.- deyə V.Qədirov sözlərini başa vurdu.
Tədbirdə Ağstafa rayonunun “ N” saylı hərbi hissəsinin zabitləri Kamran Seyidov və Abbasəli Baxışov Azərbaycan ordusunun dünyanın ən güclü ordularından biri olduğunu və günü gündən gücləndiyini bildirdilər. Ağstafa Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Pəri Məmmədova, Hüseyn Arifin ev müzeyinin baş fond mühafizi Günay Məmmədli, Ağstafa MKS-nın kitabxanaçısı Günay Qədiməliyeva çıxış edərək, bu gün mübariz və qüdrətli ordumuzla fəxr etdiklərini və bu ordunun bizi qələbəyə aparacağına inandıqlarını bildirdilər. 
Tədbirin sonunda Ağstafa Regional Mədəniyyət İdarəsi tərəfindən əsgərlərə qəhrəmanlığı və hərb tariximizi əks etdirən kitablar təqdim edildi və xatirə şəkilləri çəkildi.

 

155.4 KB

 

161.7 KB

 

148.5 KB