Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Ağstafa Regional Mədəniyyət İdarəsində YUNESKO- Azərbaycan əməkdaşlığı mövzusunda elmi-praktik konfrans keçirildi

03.07.2019

Ağstafa rayon Heydər Əliyev Mərkəzində ölkəmizdə keçirilən YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına həsr edilmiş elmi-praktik konfrans keçirildi. Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə idarənin tabeçiliyində fəaliyyət göstərən müəssisələrin mədəniyyət işçiləri iştirak etdi. 

Tədbiri giriş sözü ilə açan Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov 30 iyun-10 iyul tarixləri arasında paytaxtımızda keçirilən YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının ölkəmizin siyasi-ictimai həyatında, mədəniyyətimizin dünyaya tanıdılmasında əhəmiyyətini qeyd edərək Azərbaycan – YUNESCO əməkdaşlığında Ulu Öndər Heydər Əliyevin rolundan, dahi şəxsiyyətin uğurlu siyasətinin layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyevin mədəni irsimizin qorunub saxlanması, təqdimatı, təbliği istiqamətində xidmətlərindən geniş bəhs etdi. Natiq qeyd etdi ki, belə bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur. Bu uğurda ölkə başçısının və birinci vitse-prezident,YUNESCO- nun Xoşməramlı Səfiri Mehriban Xanım Əliyevanın da müstəsna xidmətləri danılmazdır. Hazırda Azərbaycandan YUNESCO- nun qeyri-maddi mədəni irs siyahısına Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti, Novruz bayramı, Azərbaycan xalça toxuculuğu, Azərbaycan tar ifaçılıq sənəti və onun hazırlanma üsulu, qadın baş örtüyü kəlağayının düzəldilməsi, Lahıc misgərlik sənəti, lavaş, dolma, kamança, Dədə Qorqud dastan mədəniyyəti, nağılları və musiqisi, Qarabağ atı ilə oynanılan Çövqan atüstü oyun, Naxçıvanın ənənəvi qrup rəqsləri-yallı, köçəri, tənzərə olmaqla 13 qeyri-maddi mədəni irs nümunəsi daxildir. Bu gün tarixi, dini və memarlıq abidələrimizin qorunması, bərpası və saxlanması Azərbaycanın dövlət siyasətinin mərkəzində dayanır. 
Konfransda həmçinin, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəis müavini Gülgün Kərimov, idarənin KİV və sosial şəbəkələrlə iş üzrə məsul əməkdaşı Xəyal Nağıyev, Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, Tovuz rayon MKS-nin Abulbəyli kənd kitabxana filialının əməkdaşı Leyla Alyarova çıxış edərək, bu layihənin paytaxtımızda həyata keçirilməsinin ölkəmizin dünya miqyasında artan nüfuzunun bariz göstəricisi olduğunu qeyd etdilər.

 

242.1 KB

 

270.8 KB

 

184.8 KB