Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazax rayon MKS-in E.Hüseynov adına Mərkəzi kitabxananın Uşaq Şöbəsi Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Kapitan Mühüd Orucovun anadan olmasının 35 illiyi ilə əlaqədar anım tədiri keçirildi

13.07.2019

13 iyul 2019-cu il saat 11:00-da Qazax rayon MKS-in E.Hüseynov adına Mərkəzi kitabxananın Uşaq Şöbəsi  Aprel döyüşlərində  qəhrəmancasına həlak olmuş Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor Komandiri Kapitan Mühüd Orucovun anadan olmasının 35 illiyi ilə əlaqədar qəbrini ziyarət edib ailəsi ilə görüşüblər. İlk olaraq şöbənin əməkdaşları Fərəhli kənd qəbiristanlığında şəhidin məzarına gül dəstələri qoyaraq ruhuna dualar etmişlər. Sonra isə ailəsi ilə görüşüb,  Şəhidin valideyinlərinin, bacısının, həyat yoldaşının Mühüd Orucovun həyatı və döyüş yolu haqqında söylənilən dəyərli xatirələri dinləyiblər. Sonda Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Fəridə Ləmanın Mühüdə həsr etdiyi  “Mühüdüm-Şəhidim” adlı kitabını şəhidin həyat yoldaşı kitabxanaya hədiyyə edib.

 

296.2 KB

 

263.4 KB

 

288.4 KB