Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Qazax rayon Tarix-diyarşünaslıq muzeyi

Qazax Tarix Diyarşünaslıq  Muzeyi  1984-cü ildə  Azərbaycan  Respublikası Mədəniyyət  Nazirliyi tərəfindən verilmiş  sərəncama  əsasən yaradılıb. 1986-cı ilin  mart ayında, Novruz bayramı  ərəfəsində Muzeyin rəsmi açılışı  olub.  1984- cü ildə  yaradılan muzey  müasir tələblərə cavab  verməyən birmərtəbəli  binada fəaliyyət  göstərirdi. Tarix  Diyarşünaslıq  Muzeyinin  yeni  binasının  inşasına 2015-ci ilin noyabr  ayında  başlanılıb  və  2016-cı ilin  oktyabrında tikinti işləri  başa  çatdırılıb. Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  oktyabrın  19-da Qazax Rayon  Tarix  Diyarşünaslıq  Muzeyinin yeni binasının  açılışını  edib. Binanın  tikinti  sahəsi 432,6 kvadratmetr, ümumi sahəsi 1728 kvadratmetrdir. Muzeyin  ikimərtəbəli binasında rayonun  təbiətini və tarixini  əks  etdirən 3000 -nə yaxın eksponat  mühafizə olunur.  Binanın birinci  mərtəbəsində  ümummilli  Lider  Heydər Əliyevin və  Azərbaycan  Prezidenti  İlham  Əliyevin fəaliyyətini əks etdirən  fotolardan  ibarət  guşələr  yaradılıb.  Həmçinin bu mərtəbədə  Muzey  baradə  ümumi  məlumat, təbiət, arxeolgiya, qədim daş dövrü, orta  əsrlər  və "bəy  evi" bölmələri var. Tarix Diyarşünaslıq  Muzeyinin ikinci  mərtəbəsində "Qazax xalça məktəbi", "Etnoqrafiya və folklor", "Qazax XIX-XXI əsrin əvəllərində", "Səməd Vurğun", Görkəmli şəxsiyyətlər", "1929-1990-cı illər", "Müasir dövr" və"Azərbaycan XXI əsrdə" bölmələri yaradılıb. Burada Qazaxın qədimdən bu günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqda maraqlı məlumatlar və eksponatlar toplanıb. Binanın mansarında isə iş otaqları, konfrans zalı, kitabxana, mətbəx və kafe yaradılıb. Muzeyin binası müasir havalandırma sistemi və müşahidə kameraları ilə təchiz edilib.

Ünvan:
Qazax şəhər, Heydər Əliyev 66
Telefon:

022-29-5-10-83

Fax:

022-29-5-10-83

E-mail:

gulnaz.alishanova@mail.ru

Url:
https://www.facebook.com/qazaxtarixmuzeyi/?fref=ts