Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qazax rayon E. Hüseynov adına Mərkəzi Kitabxana 1917-ci ildə keçmiş Sabir küçəsi, 81 nömrəli binada fəaliyyətə başlamışdır. 1980-ci ildə Qazax rayonunda fəaliyyət göstərən bütün kütləvi kitabxanalar Mərkəzi Kitabxananın ətrafında birləşərək Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır. Hazırda Mərkəzləşdirilmiş  Kitabxana Sistemində 43 kitabxana filialı fəaliyyət göstərir. Onlardan Mərkəzi kitabxana daxil olmaqla 5  şəhər, 38  kənd kitabxana filiallarıdır. MKS-də 163 nəfər işçi çalışır. Onlardan 108 nəfəri  kitabxana mütəxəssisi,  55 nəfər isə texniki işçilərdir.

E.Hüseynov adına Mərkəzi kitabxanada 6 şöbə fəaliyyət göstərir:

1. Oxuculara xidmət şöbəsi

2. Uşaq şöbəsi

3. Komplektləşdirmə və kitabişləmə şöbəsi

4. Metodika və biblioqrafiya şöbəsi

5. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi

6. İnformasiya-resurs şöbəsi

MKS-in 518 min 648 nüsxə kitab fondu vardır. Bunlardan 123 min 108 nüsxə latın qrafikalı, 366 min 940 kiril qrafikalı ədəbiyyat, 27 min 793 nüsxə rus dili, 773 nüsxə xarici, 34 nüsxə milli azlıqların dilində olan ədəbiyyatdır. MKS 12 adda jurnal və qəzetə  abunə yazılmışdır. İnformasiya əsri olan XXI əsr də oxucularının intellektual, mənəvi potensialının inkişafını nəzərə alaraq, MKS 38 ədəd kompüterlə təmin olunmuş, kitabxanaların nəzdində virtual kitabxana yaradılaraq  4 min 112 nəfər oxucuya pulsuz xidmət göstərilmişdir. MKS-in zəngin Elektron kataloqu yaradılmışdır. Elektron kataloqa  18 min 31 resurs daxil edilərək  oxucuların istifadəsinə verilmişdir. 

Ünvan:
Səməd Vurğun küçəsi 28
Telefon:

022-29-5-19-33

Fax:

022-29-5-19-33

E-mail:

gazakhlib@mail.ru

Url:
www.gazakhlib.cls.az