Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Qazax rayon Mədəniyyət Mərkəzi

Qazax rayon Mədəniyyət Mərkəzinin binasının 1976-cı ildə tikintisinə başlanmışdır. Bina ikimərtəbəlidir. Binanın tikinti həcmi 14208m3-dir. 1980-ci ildə istifadəyə verilmişdir. Binada 420 nəfərlik böyük zal, 100 nəfərlik kiçik zal vardır. Mədəniyyət Mərkəzinin birinci mərtəbəsində Qazax Dövlət Dram Teatrı və Mərkəzləşdirilmiş Kitabxana Sistemi də fəaliyyət göstərir. Binanın digər hissəsində 2 saylı uşaq musiqi məktəbi fəaliyyət göstərir. Mədəniyyət Mərkəzində saz, muğam, rəqs, ciu-citsu, qol güləşi, kinq-boksinq  dərnəkləri fəaliyyət göstərir. Mərkəzin 12 nəfər işçisi vardır, tabeliyində 42 filial vardır. Həmin filiallarda 136 nəfər işçi çalışır.                                        Mədəniyyət Mərkəzinin fəaliyyəti rayon əhalisinin asudə vaxtlarının səmərəli təşkilini, milli adət-ənənələrimizin qorunub saxlanılmasını, daha da inkişaf etdirilməsini,  mədəni irsimizin mühafizəsini, dövlətimizin daxili və xarici siyasətinin geniş təbliğini, həyata keçirməkdən ibarətdir.

Ünvan:
S.Vurgun küç.28
Telefon:

022-29-5-09-92

E-mail:

goyazan491@mail.ru