Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Qazax rayon M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyi

Qazax M.P.Vaqif xatirə Muzeyi 1970 - ci il 20 noyabrda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən verilmiş sərəncama əsasən yaradılıb. 1983 - cü ildə muzeydə ikinci tərtibat işləri aparılıb. 2002 - ci ildə Nazirlər kabinetinin qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyi adlandırılıb. Binanın ümumi sahəsi 175 kvadratmetrdir. Muzey 9 ekspozisiya, 1 fond, 1 kabinetdən ibarətdir. Eksponatların sayı hal-hazırda 1211-dir. Muzeydə M.P.Vaqifin əlyazması, Vaqif şeirlərinə çəkilmiş illustrasiyalar,Vaqif tədqiqatçılarının fotoları, “Vaqif “ dramını səhələşdirmiş aktyorların fotoları, XVIII əsrə aid geyim və məişət əşyaları nümayiş olunur.

Ünvan:
Heydər Əliyev prospekti 60
Telefon:

022-29-5-23-15

E-mail:

museum_vagif@mail.ru