Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Tovuz rayon Heydər Əliyev Mərkəzi

Tovuz rayonunda öz görkəmi ilə şəhərin mərkəzinə xüsusi gözəllik verən Heydər Əliyev Mərkəzi 2007-ci ilin sonlarından böyük bir əmək qüvvəsi yüksək memarlıq üslubu ilə muzeyin tikintisinə başladı və 2008-ci ilin sentyabr ayında istifadəyə verilib. Tovuz Heydər Əliyev Mərkəzinin açılışı 24 sentyabr 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tovuz rayonuna tarixi səfəri nəticəsində olmuşdur.

Ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan Mərkəzdə ümummilli liderin həyatının çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər, tarixi sənədlər və eksponantlar, o cümlədən müxtəlif illərdə Tovuz rayonuna tarixi səfərlərinə dair fotolar nümayiş olunur.

Ümumi sahəsi 560 kv.m olan Mərkəz iki mərtəbədən ibarətdir. O cümlədən birinci mərtəbə 540 kv.m, ikinci mərtəbə 462 kv.m-dir.

Mərkəzin birinci mərtəbəsində ulu öndərin qranitdən yonulmuş büst kompleksi, Heydər Əliyevin müstəqilliyimiz, dövlətçiliyimiz haqqında söylədiyi kəlamlardan ibarət lövhələr və ümummilli liderimizin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən qısa materialdan ibarət lövhə yerləşir.

Mərkəzin ikinci mərtəbəsi ekspozisiya zalı, kiçik konfrans zalı və kitabxanadan ibarətdir.  Kitabxanada Heydər Əliyevə və bu siyasi kursun davamçısı İlham Əliyevə həsr olunan 370 adda  694 kitab, jurnallar və müxtəlif nəşrlər, o cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə latın qrafikası ilə yenidən  nəşr olunan 300 nüsxə kitab vardır. Mərkəzin kitabxanasında respublikada ilk Elektron kataloq və Elektron kitabxana yaradılmışdır. Elektron bazada 4 məlumat bazası yaradılmışdır: muzey kitabları, rayon MKS-nin kitabları və 2 elektron kartoteka bazası. Tovuz rayon Heydər Əliyev Mərkəzinin kitabxanası Tovuz rayon MKS-nin Veb-saytında yerləşdirilib.

Tovuz rayon Heydər Əliyev Mərkəzində 110 eksponant ( sənədlərin surəti, fotostendlər, disk və 330 adda 575 kitab və s.) saxlanılır. Yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə mərkəzdə komputer, istedadlı gənclərin üzə çıxarılmaası məqsədi ilə gənc rəssamlar, musiqi (saz, rəqs, fortepiano) dərnəkləri yaradılmışdır. Dərnəklər həftədə üç gün təşkil olunur.

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin daha dərindən təbliğ etmək məqsədi ilə mərkəzin zalında ulu öndərlə bağlı dərslər keçirilir, filmlər nümayiş olunur. Mərkəzdə ulu öndərin irsini, həyat və fəaliyyətini özündə əks etdirən 10 disk vardır. Mərkəzdə ümummilli liderin xarici ölkələrə və ölkəmizin regionlarında keçiridiyi görüşü əks etdirən 13 fotostend yaradılmışdır.

Ünvan:
Şəhriyar küç №1
Telefon:

022-31-5-44-01

E-mail:

hilay14@mail.ru

Url:
https://www.facebook.com/tovuzrayon.merekezikitabxana?fref=ts