Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Tovuz rayon Tarix-Diyarşünaslıq muzeyi

Tovuz Tarix Diyarşünaslıq  Muzeyi 1981- ci ildə Azərbaycan 
Respublikası Mədəniyyət Nazirliyi tərəfindən verilmiş sərəncama 
əsasən yaradılıb.1981- ci ildə yaradılan muzey müasir tələblərə 
cavab verməyən birmərtəbəli binada fəaliyyət göstərirdi. 
Tarix Diyarşünaslıq Muzeyinin yeni binasının inşasına 2017 -ci ilin  
noyabr ayında başlanılıb və 2020 - ci ilin martında tikinti işləri başa 
çatdırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  
martın 4-də Tovuz Tarix Diyarşünaslıq Muzeyinin yeni binasının 
açılışını edib.Binanın tikinti sahəsi 576 kvadratmetr,ümumi sahəsi  
1,152 kvadratmetrdir.Muzeyin ikimərtəbəli binasında rayonun 
tarixini əks etdirən 3000 -nə yaxın eksponant mühafizə olunur. 
Binanın birinci mərtəbəsində Azərbaycan Respublikasının  
Prezidenti İlham Əliyevin Tovuza etdiyi səfərlər barədə məlumatlar 
xüsusi dolğunluqla muzeydə işıqlandırılmışdır.Həmçinin birinci 
mərtəbədə muzey barədə ümumi məlumatla tanış olmaq  
mümkündür.Muzeyin ikinci mərtəbəsində bölgənin xalq  
sənətkarlığı,xalçacılıq,yerli mətbəx,şifahi yaradıcılıq ən-ənələri 
XX- ci yüzülliyin əvvəllərində rayonda formalaşmış alman icması 
və alman irsi haqqında ,müstəqillik dönəminin kədərli və şad 
məqamları ,bölgədə son zamanlar aparılan hər tərəfli quruculuq 
işləri tam dolğunluğu ilə əks etdirilib.Həmçinin dünya miqyasında 
tanınan və Tovuz ərazisində qərarlaşan Göytəpə Neolit yaşayış  
məskəni ,tunc dövrü və daha sonrakı dönəmlərə aid maddi 
mədəniyyət nümunələri,tariximizdə özünə məxsus yeri olan 
Şəmşəddil  Sultanlığı haqqında ətraflı və dolğun məlumatlarla 
tanış olmaq mümkündür.

Ünvan:
Aşıq Mirzə Bayramov küçəsi
Telefon:

022-31-5-61-82

E-mail:

tovuz_tarixmuz_81@mail.ru

 

82.4 KB