Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Tovuz rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşlarının təşkilatçılığı ilə  18 oktyabr Müstəqilliyin Bərpası Gününün 30-cu ildönümü ilə əlaqədar ”Azad, Müstəqil Azərbaycanım” adlı tədbir keçirildi

18.10.2021

18 oktyabr 2021-ci il tarixdə Tovuz rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşlarının təşkilatçılığı ilə  18 oktyabr Müstəqilliyin Bərpası Gününün 30-cu ildönümü ilə əlaqədar "Azad, Müstəqil Azərbaycanım" adlı tədbir keçirildi. Tədbir iştirakçıları çıxış edərək Müstəqilliyin mahiyyəti haqqında geniş və ətraflı danışaraq qeyd etdilər ki, 18 oktyabr Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissilə yazılmış bir gündür. Həmin gün Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını bəşəriyyətə bəyan etdi. Tarix sübut etdi ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı.
Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən qüdrətli dövlətlərdən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb.