Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Tovuz rayon Mərkəzi kitabxananın uşaq şöbəsinin əməkdaşlarının təşkilatçılığı ilə növbəti dəfə Nağıl saatı “Lalə” uşaq bağçası və körpələr evində təşkil edildi

26.11.2021

26 noyabr 2021-ci il tarixdə Tovuz rayon Mərkəzi kitabxananın uşaq şöbəsinin əməkdaşlarının təşkilatçılığı ilə növbəti dəfə Nağıl saatı “Lalə" uşaq bağçası və körpələr evində təşkil edildi. 
Nağıl saatında Sevinc Nuruqızının yeni çapdan çıxmış “Melisa” adlı nağıl kitabı təqdim edildi. Melisa nağılı həyatı bütün həqiqətləri və doğruları ilə göz önündə canlandırır, oxucunu cürbəcür çalarlarla dolu dünyaya səyahətə aparır.
Nağıl dinləyicilərin böyük marağına səbəb oldu. Kimisi gəlinciyin başına gələnlərdən kədərlənirdi, kimini isə nağıl öz dünyasına aparmışdı. Hərkəs sözü gedən yumuşaq gəlinciyin son aqibətini maraqla gözləyirdi.