Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Əli Elbəy Akif oğlu

Ağstafa Regional Mədəniyyət İdarəsi

Rəis

E.A.Əli 1986-cı ildə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 2003-2007-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində Fəlsəfə üzrə bakalavr, 2007-2009-cu illərdə həmin fakültədə Təbiətşünaslığın fəlsəfəsi üzrə magistr, 2016-2019-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər dövlət idarəçiliyi kadrlarının ixtisasının artırılması İnstitutunda Dövlət və bələdiyyə idarəetməsi üzrə magistr təhsili almışdır.2015-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan Respublikasının xarici siyasəti” qısamüddətli ixtisasartırma kursu keçmişdir. 2006-2009-cu illərdə “Ədalət” qəzetində Baş redaktorun humanitar məsələlər üzrə məsləhətçisi vəzifəsində çalışmış, həmin qəzetdə həftəlik “e-dünya” səhifəsinin tərtibçisi olmuş, mətbuatda müxtəlif mövzulu yazıları dərc edilmişdir. 2009-2018-ci illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində məsləhətçi, baş məsləhətçi, 2018-2021-ci illərdə Mədəniyyət Nazirliyində baş məsləhətçi vəzifəsində çalışmışdır.Dövlət qulluğunun kiçik müşaviridir. 2009-cu ildən etibarən müxtəlif xarici şəhərlərdə (Frankfurt, Minsk, Əbu-Dabi, London, İstanbul, Turin, Moskva, Kiyev, Astana) keçirilmiş beynəlxalq kitab sərgilərində Mədəniyyət Nazirliyinin xətti ilə ölkəmizi təmsil etmişdir. MDB-nin “Dövri mətbuat, kitab nəşri, yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə DövlətlərarasıŞura”sının üzvü və 2019-cu il üçün sədri olmuşdur. Qazax alimi Nemət Kelimbetovun “Türk xalqlarının qədim ədəbi abidələri” kitabının Azərbaycan dilinə həmtərcüməçisidir. Yeni Azərbaycan Partiyasının üzvüdür. İngilis və rus dillərini bilir. Evlidir, iki övladı var.