Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazax rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə növbəti mühazirənin oxunması Q.Hacımahmudova adına ümumi orta məktəbdə baş tutmuşdur

03.05.2021

03 may 2021- ci il tarixdə Qazax Rayon Heydər Əliyev Mərkəzinin 2021- ci il üçün Tədbirlər Planına əsasən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycançılıq məfkurəsini gələcək nəsillərə təbliğ etmək məqsədilə   rayonun orta ümumtəhsil məktəblərində şagirdlərə “Ulu  Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir” mövzusunda mühazirələrin oxunması davam edir. Növbəti mühazirənin  oxunması Qazax şəhər Q.Hacımahmudova adına ümumi  orta məktəbin  IX sinif şagirdlərinin iştirakı ilə baş tutmuşdur.  Məktəbin direktoru Yeganə Göyüşovanın iştirak etdiyi Açıq dərsi Mərkəzin direktoru Ceyhunə Hüseynova aparmış və dahi şəxsiyyət Heydər Əliyevin XX əsrin ikinci yarısından etibarən mənsub olduğu xalqın tarixi müqəddəratında həlledici rol oynayaraq Sovet hakimiyyəti illərində Azərbaycan xalqının milli mənafelərinin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün göstərdiyi böyük xidmətlərdən, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etmiş ölkələrdən birinə çevirməsindən, müstəqilliyimizin qurulması və möhkəmləndirilməsindən  bəhs edən  geniş mühazirə ilə çıxış etmişdir.

Dərsin sonunda şagirdlərin sualları cavablandırılmışdır.

 

117.2 KB

 

104.1 KB