Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar ”Açıq qapı” günləri həyata keçirilir

03.05.2021

Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar "Açıq qapı" günləri həyata keçirilir. 3 may tarixində rayonun Ə.Hüseynov adına 1 saylı tam orta məktəbinin 8- ci sinif şagirdləri mərkəzdə ekskursiyada olublar. Mərkəzin bələdçisinin təqdimatında mərkəzin ekspozisiya zalında  sərgilənən eksponatlar haqqında ətraflı məlumat verilib. Sonra tədris mərkəzin kiçik akt zalında davam edib. Mərkəzin direktoru Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında məlumat verib, videoçarx nümayiş olunub.
Qeyd edək ki ekskursiya pandemiya qaydalarına riayət edilərək həyata keçirilir.

 

82.7 KB

 

36.3 KB

 

32 KB