Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazax rayon Heydər Əliyev Mərkəzi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik məfkurəsini gənc nəsillərə çatdırmaq məqsədilə tədbirləri davam etdirir

04.05.2021

4 may 2021- ci il tarixdə Qazax Rayon Heydər Əliyev Mərkəzinin 2021-ci il üçün Tədbirlər Planına əsasən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik məfkurəsini gənc nəsillərə çatdırmaq məqsədilə rayonun orta ümumtəhsil məktəblərində şagirdlərə “Ulu  Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir” mövzusunda mühazirələrin oxunması davam edir. Növbəti mühazirənin  oxunması Qazax şəhər S.Vurğun adına 2 saylı tam orta məktəbin  IX sinif şagirdlərinin iştirakı ilə baş tutmuşdur.  Məktəbin direktoru Murğuz Mustafayev, təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Kərimova, təşkilatçı müavin Gülnar Əmrahovanın iştirak etdiyi Açıq dərsi Mərkəzin direktoru Ceyhunə Hüseynova aparmış və dahi şəxsiyyət Heydər Əliyevin cəmiyyət həyatının bütün sahələrini əhatə etmiş böyük xidmətləri, müstəqil dövlətin siyasi prioritetlərinin önə çıxarılması, yeni idarəetmə strukturunun formalaşdırılması, daxili sabitliyin yaradılması,  iqtisadi sahədə islahatların həyata keçirilməsi və dövlət ideologiyasının formalaşdırılmasından  bəhs edən  geniş mühazirə ilə çıxış etmişdir. Dərsin sonunda şagirdlərin sualları cavablandırılmışdır.

Həmçinin, 4 may 2021- ci il tarixində Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98- ci ildönümü ilə əlaqədar  “Dahi şəxsiyyət ömrünün səhifələri” başlıqlı onlayn tədbir keçirilmişdir. Tədbirdə Qazax şəhər N. Vəliyev adına 5 saylı tam orta məktəbin şagirdləri və sinif müəllimi Rüxsarə Əhmədova, digər məktəblərin şagirdləri və Mərkəzin kollektivi iştirak etmişdir.  Mərkəzin direktoru Ceyhunə Hüseynova Ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında onlayn tədbir iştirakçılarına geniş məlumat vermiş və bildirmişdir ki, Azərbaycana istər birinci, istərsə də ikinci rəhbərliyi dövründə  dahi siyasətçi Heydər Əliyev daim Vətənin, xalqın tərəqqisinə, inkişafına çalışmış, dövləti və dövlətçiliyi apardığı siyasətin əsası hesab etmişdir. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini əbədi və dönməz etdi. Azərbaycan xalqı hər zaman öz böyük xilaskarını dərin hörmət və ehtiramla xatırlayacaq və Azərbaycançılıq məfkurəsini, xalqımızın milli-mənəvi dəyərlərini yüksək qiymətləndirdiyi üçün hər zaman Ona minnətdar olacaq. 
Sonra məktəbin müəllimi Rüxsarə Əhmədova çıxış edərək dövlətimizin və dövlət başçımızın Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıdan danışmış və bildirmişdir ki, müstəqil Azərbaycanın yaradıcısı və qurucusu Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. Bu isə cəmiyyətin bütün sahələrində olduğu kimi təhsilə də öz müsbət təsirini göstərmişdir.
Sonra söz məktəblilərə verilmiş, məktəb şagirdləri Ulu Öndərə həsr edilmiş şerlər söyləmişlər.

 

76.8 KB

 

135.5 KB

 

41.6 KB