Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazax rayon Mədəniyyət Mərkəzi filiallar ilə birgə 9 May-Qələbə günü münasibəti ilə Qələbənin 76-cı ildönümünə həsr edilmiş ”İkiqat Qələbən mübarək, Azərbaycan!” adlı onlayn tədbir keçirib

05.05.2021

5 may 2021-ci il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzi filiallar ilə birgə 9 May-Qələbə günü münasibəti ilə Qələbənin 76-cı ildönümünə həsr edilmiş "İkiqat Qələbən mübarək, Azərbaycan!" adlı onlayn tədbir keçirib.

Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova açaraq Böyük Vətən müharibəsindən, xalqımızın həmin müharibədə keçdiyi döyüş yolundan danışıb. Sonra söz Bakı şəhərində yaşayan aşıq Ramin Qarayevə verilib. Aşıq Ramin Qarayev sazda ifası ilə mədəniyyət işçilərini Qələbə bayramı münasibətilə təbrik edib. Böyük Vətən müharibəsində iştirak etmiş, Aşağı Əskipara kənd sakini, 100 yaşlı Alıyev Hümbət Hümbət oğlu da videokonfransa dəvət olunmuş, keçdiyi döyüş yolundan danışmış, Qələbənin böyük sevincini mədəniyyət işçiləri  ilə bölüşmüşdür. Kosalar kənd tam orta məktəbinin təqaüdçü müəllimi Cavanşir Rüstəmov müharibədə iştirak etmiş atasından danışaraq, ona həsr etdiyi "Ay mənim atamın, qoltuq ağacı" adlı şeirini söyləyib. Mədəniyyət Mərkəzinin metodisti Məfrubə Mehdiyeva da Böyük Vətən müharibəsində iştirak etmiş babası Hüseynov Mustafa və əmisi Sadıqov Müsəllimin keçdiyi  döyüş yolundan danışıb.  Qaymaqlı kənd Folklor evinin müdiri  Kazım Kazımlı qələbəyə həsr etdiyi "Zəfər bayramı" adlı şeirini söyləyib.

 

126.7 KB

 

118.7 KB

 

124.5 KB