Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə ”Müstəqil Azərbaycanın memarı” mövzusunda videokonfrans keçirilib

05.05.2021

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar 05 may 2021-ci il tarixində Ağstafa rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Müstəqil Azərbaycanın memarı" mövzusunda videokonfrans keçirilib.
Videokonfransda Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin, Tarix-Diyarşünaslıq Muzeyinin, Ağstafa rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Gənclərin İnkişaf və Kariyera Mərkəzinin və Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları iştirak edib.
Videokonfransı Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova açaraq bildirib ki, tarix dəfələrlə sübut edib ki, bir xalqın mövcudiyyəti onun həmrəyliyindən və bu həmrəyliyi təmin edən liderlərin dövrün məsuliyyətini öz üzərlərinə götürərək tarixi yenidən yazmaq bacarığından irəli gəlir. Bu mənada Azərbaycan xalqı xoşbəxt xalqlardandır ki, Heydər Əliyev kimi dahi şəxsiyyət Azərbaycanı tarixin ən çətin sınaqlarından çıxarmaqla onun mövcudluğunu əbədi etmişdir.Təsadüfi deyil ki, fərqli ictimai-siyasi dövrlərdə belə, mənsub olduğu xalqın xoşbəxtliyi üçün yorulmadan çalışan ulu öndər Heydər Əliyevin adı dünyanın axarını dəyişən böyük tarixi şəxsiyyətlərlə bir sırada çəkilir. Bu gün müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğurun təməlində ümummilli liderimizin müəllifi olduğu inkişaf strategiyası dayanır. 
Videokonfransda çıxış edən Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Solmaz Nağıyeva, Tarix-Diyarşünaslıq Muzeyinin müdiri Yeganə Əhmədova, Gənclərin İnkişaf və Kariyera Mərkəzinin rəhbəri Teymur Əliyev, əməkdaşı Lalə Qarayeva Ulu Öndər Heydər Əliyevin müxtəlif dövrlərdəki uğurlu, məqsədyönlü fəaliyyətindən bəhs edərək, görkəmli dövlət xadiminin milli kadrların formalaşdırılması istiqamətində gördüyü işlərdən, xalqımızın gələcək müstəqilliyinə hədəflənmiş uzaqgörən siyasətindən, elm, təhsil, səhiyyə və mədəniyyət sahələrinə də böyük qayğılarından, gələcək müstəqil Azərbaycanın əsas dayağına və qarantına çevriləcək milli ordu quruculuğundan danışılıb. Qeyd edilib ki, nə qədər ki, müstəqil Azərbaycan dövləti və xalqı var, ulu öndər Heydər Əliyev də var olacaq və yaşayacaqdır.

 

34.5 KB