Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazax rayon MKS-nin təşkilatçılığı ilə “Heydər Əliyev: Uşaqların böyük dostu” adlı onlayn mütaliə saatı keçirilib

05.05.2021

5 may 2021-ci il tarixdə Qazax rayon MKS-nin təşkilatçılığı ilə  E.Hüseynov adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: Uşaqların böyük dostu” adlı onlayn mütaliə saatı keçirib, “Qürurumuzsan – Sərvətimizsən!”, “Uşaqların böyük dostu” adlı onlayn sərgi nümayiş olunub. Mütaliə saatında məktəblilər iştirak edib.
Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Solmaz Babanlı ümummilli lider Heydər Əliyevin xalqımızın, vətənimizin yüksəlişində əvəzsiz xidmətlər göstərən böyük Şəxsiyyət, müstəqil Azərbaycanın memarı və qurucusu olduğunu qeyd edib. Uşaq şöbəsinin müdiri Firəngiz Abdıyeva çıxışında qeyd edib ki,  uşaqları hədsiz sevən, onların hər birinə öz balası kimi münasibət bəsləyən ulu öndər  Heydər Əliyev uşaqların təhsilinə, onların savadlı və cəmiyyət üçün yararlı olmalarına çalışmışdır. O, hər zaman "Uşaqlar bizim gələcəyimizdir" deyirdi və əgər bir dövlət öz gələcəyini işıqlı, parlaq görmək istəyirsə, gərək uşaqlara xüsusi diqqət yetirsin.

Tədbirdə çıxış edən fəal  oxuculardan Aytac Quliyeva, Nuray Mustafayeva, Aysu Pənahova və digərləri “Günəşə qovuşmaq istəyirəm mən!”, İftixarın “Böyük Turanın himni” kitablarından parçalar mütaliə edib, Ulu Öndərin müdrik fikirlərini söyləyiblər.

 

127 KB

 

128.5 KB

 

189.5 KB