Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tovuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ”AZƏRBAYCANIN ÖZÜ QƏDƏR ƏBƏDİ” mövzusunda onlayn tədbir keçirib

06.05.2021

Tovuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 06 may 2021-ci il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "AZƏRBAYCANIN ÖZÜ QƏDƏR ƏBƏDİ" mövzusunda onlayn tədbir keçirib.Tədbiri MKS-nin direktoru Güldərən İbrahimova açaraq, bildirib ki, müstəqil Azərbaycanın qurucusu və memarı olan Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır sınaqlarından çıxarıb. Siyasi uzaqgörənlik, fitri istedad, müdriklik, qətiyyətlilik, siyasi iradə, dərin zəka, ensiklopedik biliyə malik olan bu fenomenal şəxsiyyət sayəsində Azərbaycan öz milli-mədəni varlığını qoruya bildi. Bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir. Tədbirdə digər iştirakçılar da çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı ilə bağlı tarixi xidmətlərindən və müasir müstəqil Azərbaycan dövlətinin tərəqqisi Heydər Əliyev ideyalarının təntənəsi olduğunu qeyd ediblər.

Tədbirdə məktəblilər Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirdi.

 

180.2 KB