Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazax rayon MKS-nin təşkilatçılığı ilə kənd kitabxana filialları ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar ”Heydər Əliyev ideyaları qalib gəlir” adlı onlayn tədbir keçirib

06.05.2021

06 may 2021-ci il tarixdə Qazax rayon MKS-nin təşkilatçılığı ilə Daş Salahlı kənd 1 nömrəli və Qazaxbəyli kənd kitabxana filialları ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar "Heydər Əliyev ideyaları qalib gəlir" adlı onlayn tədbir keçirib. Tədbirdə ali məktəb tələbələri,məktəblilər və fəal oxucular iştirak edib.

Təbdiri giriş sözü ilə açan MKS nin direktoru Solmaz Babanlı Ümummilli Lider, Azərbaycan xalqının xilaskarı, bugünkü Azərbaycan Dövlətinin banisi Heydər Əliyevin adının dövlətçiliyimiz tarixinə qızıl hərflərlə yazılmış Şəxsiyyət olduğunu qeyd edib. Daş Salahlı kənd 1 nömrəli kitabxana filialın əməkdaşı Hicranə Məmmədova Heydər Əliyevin xalqın istək və arzusu ilə ikinci dəfə hakimiyyətə gəlişindən, həmin vaxt ölkədə olan xaos, anarxiyanın tez bir zamanda aradan qaldırılmasından danışıb. Qazaxbəyli kənd kitabxana filialın müdiri Sevinc Alməmmədova çıxışında müasir Azərbaycan dövlətinin qurucusu olduğunu, ilk dəfə 1998 ci ildə məhz Heydər Əliyevin fərmanı ilə Azərbaycanda kitabxana tarixində dönüş mərhələ hesab edilən "Kitabxana işi haqqında" qanunun qəbul edilməsinə toxunub. BDU-nun tələbəsi Ayşən Əhmədova Heydər Əliyevin fədakar, vətənpərvər, səmimi və xeyirxah bir insan olmasından, hər bir insan üçün insanlıq, hər bir vətəndaş üçün vətəndaşlıq nümünəsi olmasından danışıb. Sonda Universitet tələbələri və məktəblilər Ulu Öndərə həsr olunmuş şeirlər söyləyiblər.

 

124.7 KB

 

125.5 KB