Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazax rayon Mədəniyyət Mərkəzi filiallar ilə birgə ”Ulu Öndər, həmişə bizimləsən” adlı onlayn tədbir keçirib

06.05.2021

Qazax rayon Mədəniyyət Mərkəzi 06 may 2021-ci il tarixdə filiallar ilə birgə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə "Ulu Öndər, həmişə bizimləsən" adlı onlayn tədbir keçirib. Tədbirdə mədəniyyət işçiləri, ali təhsil müəssisələrinin tələbələri, orta məktəb şagirdləri iştirak edib. Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova açaraq bildirdi ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Heydər Əliyevin şərəfli adı ilə bir başa bağlıdır. Kosalar kənd tam orta məktəbinin təqaüdçü müəllimi Cavanşir Rüstəmov, Kəmərli kənd Folklor evinin müdiri Yetər Mustafayeva da öz çıxışlarında Ulu Öndərin Azərbaycanda təhsilin, mədəniyyətin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıblar. Mədəniyyət Mərkəzinin metodisti Məfrubə Mehdiyeva və Qaymaqlı kənd Folklor evinin müdiri Kazım Kazımlı Heydər Əliyevə həsr etdikləri şeirlərini səsləndiriblər. BDU-nun Qazax filialının tələbələri və məktəblilər Ulu Öndərə və Azərbaycana həsr olunmuş şeirlər səsləndiriblər.

 

139 KB

 

128.4 KB

 

128.6 KB