Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa rayon MKS-nin və kənd kitabxana filiallarının birgə təşəbbüsü ilə ”Əsrlərə bərabər həyat yolu” adlı onlayn tədbir keçirildi

06.05.2021

06 may 2021-ci il tarixində Ağstafa rayon MKS-nin və kənd kitabxana filiallarının birgə təşəbbüsü ilə tarixi şəxsiyyət Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98- ci il dönümü ilə əlaqədar "Əsrlərə bərabər həyat yolu" adlı onlayn tədbir keçirildi. Tədbiri Ağstafa MKS-in direktoru Solmaz Nağıyeva açaraq XX əsr tarixinin Azərbaycan xalqına bəxş etdiyi nəhəng şəxsiyyət Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu, siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətindən söz açdı. Fonomental yaddaşa, böyük siyasi iradəyə, yüksək bəlağətli nitq qabiliyyətinə malik uzaqgörən şəxsiyyət Heydər Əliyevin millətə, dövlətə və mədəniyyətə baxışlarının təməlində hər zaman gen birliyi, dil və din birliyi kimi vahid dövlət yaratmaq gücünə malik amillər dururdu.

Tədbirdə kənd kitabxana filiallarının əməkdaşları tərəfindən Ulu Öndərin mədəni, elmi, siyasi və s. sahədə gördüyü vacib işlər haqqında ətraflı məlumat verildi və Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirildi.

 

94.8 KB

 

97.8 KB