Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazax rayon MKS-nin E. Hüseynov adına Mərkəzi Kitabxanası ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Qürurumuzsan... Sərvətimizsən!” adlı videokonfrans keçirib

06.05.2021

06 may 2021-ci il tarixdə Qazax rayon MKS-nin E. Hüseynov adına Mərkəzi Kitabxanası Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Qürurumuzsan... Sərvətimizsən!” adlı videokonfrans keçirib. Oxu zalında tərtib olunmuş “Qürurumuzsan... Sərvətimizsən!”, ”Bir adın var: Fövqəlbəşər!” adlı sərgi onlayn nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Solmaz Babanlı milli tariximizin ən qüdrətli siması olan ümummilli lider Heydər Əliyev irsini daim öyrənmək, qorumaq , təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib məsələ olduğunu qeyd edib. “Qürurumuzsan ... Sərvətimizsən!” adlı məruzə ilə çıxış edən MKS-nin əməkdaşı İradə Hacıyeva ulu öndər Heydər Əliyevin bütün fəaliyyəti dövründə xalqımızın və dövlətimizin maraqlarını qoruyaraq Azərbaycanın milli qürurunu özünə qaytaran, dövlətimizi, vətəndaşlarımızı öz tükənməz sərvətinin sahibi edən Azərbaycan xalqının Xilaskarı, müdriklik və cəsarət simvolu olduğunu qeyd edib. Tədbirdə çıxış edən S. Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin direktor müavini Aytən Bənnayeva qeyd edib ki, bugünkü Azərbaycanın yüksəlişi müstəqilliyimizin xilaskarı, müasir Azərbaycan dövlətinin banisi, güclü siyasətçi, vətənpərvər və müdrik lider olan Heydər Əliyev siyasətinin təntənəsidir. Tədbirdə məktəblilərərdən Qaraxanlı Gültac, Aytən Bənnayeva, Şəfiqə Mustafayeva, Fidan Eyyubova, Ülvi Alməmmədli və digərləri Ulu Öndərə həsr olunmuş şeirlər söyləyiblər.

 

58.3 KB