Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazax rayon MKS “Nizami Gəncəvinin hikmət və nəsihətlərindən incilər” adlı onlayn bədii qiraət müsabiqəsi keçirib

09.06.2021

09 iyun 2021-ci il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında 05 yanvar 2021-ci il tarixli Sərəncamının icrasına dair Qazax rayon MKS-nin Tədbirlər Planına əsasən “Nizami Gəncəvinin hikmət və nəsihətlərindən incilər” adlı onlayn bədii qiraət müsabiqəsi keçirib. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Şərqin misilisiz mədəni sərvətlər xəzinəsində əsrlərlə yaşayan və layiqli yeri olan mədəni irsinin təbliği məqsədilə təşkil olunan müsabiqədə 12-17 yaş qrupu və 18-29 yaş qrupu üzrə 21 nəfər iddiaçı iştirak edib. Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Solmaz Babanlı tədbir iştirakçılarını salamlayıb, Azərbaycanın böyük şairi  və mütəfəkkiri Nizami Gəncəvinin mədəni irsinin öyrənilməsi və təbliğinin daha da yaxşılaşdırılması istiqamətində kitabxanalarda aparılan tədbirlərin davamı olan “Nizami Gəncəvinin hikmət və nəsihətlərindən incilər” adlı müsabiqədə iştirak  edənlərə uğurlar arzulayıb. Müsabiqə iştirakçıları tərəfindən dahi Nizami Gəncəvinin irsindən seçmələr dinlənildikdən sonra münsiflər heyyətinin rəyinə əsasən 12-17 yaş qrupu üzrə İkinci Şıxlı kənd Ş.Nəsibova adına tam orta məktəbin VII sinif şagirdi Mustafayeva Şəfiqə Ramil qızı 1-ci yerə, şəhər S.Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Şahbazova Sevgi Nadir qızı və Daş Salahlı kənd Ş.Cəbiyev adına 2 nömrəli  tam orta məktəbin VII sinif şagirdi Abdullayev Nicat Əfqan oğlu 2-ci yerə, Aslanbəyli kənd tam orta məktəbin VI sinif şagirdi Abdullayev Həsənəli Misir oğlu 3-cü yerə, 18-29 yaş qrupu üzrə Bakı Dövlət Universitetinin filologiya fakultəsinin III kurs tələbəsi Seyidova Aysel Eltay qızı 1-ci yerə, Bakı Dövlət Universitetinin Qazax filialının filologiya fakultəsinin III kurs tələbəsi Musayeva Qənirə Elman qızı 2-ci yerə, Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr fakultəsinin I kurs tələbəsi Alməmmədli Nigar Pərviz qızı 3-cü yerə layiq görülüblər. Qaliblər diplomlarla mükafatlandırılıb.

 

56.9 KB

 

57.7 KB

 

57.5 KB