Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa Regional Mədəniyyət İdarəsi və Qazax rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən mahnı-musiqi müsabiqəsinin qalibləri mükafatlandırılıb

09.06.2021

Xəbər verdiyimiz kimi, 5 iyun 2021-ci il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsi və Qazax rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 9 yaşdan 29 yaşa kimi Qazax rayon gəncləri arasında "El havası" adlı mahnı-musiqi müsabiqəsi keçirilmişdir. Həmin müsabiqənin yekunu olaraq 9 iyun 2021-ci tarixdə qaliblər elan olunmuş və yerlərə layiq görülən gənclər hədiyyə və diplomlarla təltif olunmuşdur.

Tədbirdə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli və Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək qalibləri təbrik etmiş, onlara uğurlar arzulamış, gənc istedadların üzə çıxarılmasında bu cür tədbirlərin əhəmiyyətini vurğulamışlar.

Tədbir qaliblərin ifasında konsert proqramı ilə davam etdirilib.

 

92.9 KB

 

105.3 KB

 

93.6 KB