Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tovuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ”İnsan hüquqları aylığı” çərçivəsində ”Azərbaycanda insan hüquqları qorunur” adlı onlayn konfrans keçirib

10.06.2021

10 iyun 2021-ci il tarixdə Tovuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi "İnsan hüquqları aylığı" çərçivəsində "Azərbaycanda insan hüquqları qorunur" adlı onlayn konfrans keçirib. MKS-nin direktoru Güldərən İbrahimova konfransı açaraq insan hüquqları haqqında məlumat verib. Bildirib ki, hal-hazırda Azərbaycanda insan hüquqlarının təminatı sahəsində ölkəmiz dünyaya nümunə ola biləcək məkandır. Bu günkü Azərbaycan vətəndaşı hüquqlarını bilən və onun təminatı üçün hər şeyi tələb edən mübariz vətəndaşdır. Bu imkanı yaradan isə dövlətdir. Ümummilli lider Heydər Əliyevin insan hüquqlarının qorunması istiqamətində həyata keçirdiyi siyasət onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə digər çıxış edənlər insan hüquqları sahəsində görülmüş işlərdən, insan və vətəndaş hüquqlarının təmin edilmısi sahəsində qəbul edilmiş sənədlərdən danışıbılar.

 

53.5 KB

 

146.3 KB

 

161.4 KB