Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ”Mənəvi xəzinəmiz Nizami Gəncəvi” mövzusunda onlayn tədbir keçirdi

10.09.2021

10 sentyabr 2021-ci il tarixində Tovuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubleyinə həsr olunmuş "Mənəvi xəzinəmiz Nizami Gəncəvi" mövzusunda onlayn tədbir keçirdi.

Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru  Güldərən İbrahimova ölkə Prezidenti İlham Əliyevin 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilməsi ilə bağlı imzaladığı sərəncamın bəşəri əhəmiyyətindən, mənəviyyat xəzinəmizə yeni, əvəzsiz bir töhfə olmasından danışıb. Sonra Mərkəzi kitabxananın əməkdaşı Səidə Qarayeva mövzu ilə əlaqədar məruzə ilə çıxış etdi. Məruzə ətraflnda oxu zal müdiri Sevda Bağırova, informasiya resurs şöbəsinin müdiri Svetlana Yusifova, kitabxanaçı Təranə Əsgərova çıxış edərək qeyd etdilər ki, Nizami Gəncəvi yaradıcılığı dünya ədəbiyyatı tarixində təkrarolunmaz bir mərhələ, yeni bir tarixi dövr və müdriklik zirvəsidir. Humanist, mütəfəkkir şair kimi şöhrət qazanan görkəmli ədibin əsərləri doqquz yüz ilə yaxındır ki, bədii söz xəzinəsinin incisi kimi bütün nəsillərin mənəvi dünyasına işıq saçır və bəşəriyyətin bədii söz sənətinə "Xəmsə" adlı xəzinəni bəxş edib.

Fəal oxucular M.Hüseynova, X.Süleymanova, M.Tağıyev, E.Zeynalabdıyeva, L.Tağızadə Nizaminin əsərlərindən nümunələr gətirərək tədbiri daha da maraqlı etdilər.