Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Mədəniyyət  Mərkəzi və filiallarının birgə təşkilatçılığı ilə Xalq Şairi Hüseyn Arifin anım günü münasibətilə onlayn tədbir keçirilmişdir

13.09.2021

Ağstafa rayon Mədəniyyət  Mərkəzi və filiallarının birgə təşkilatçılığı ilə xalqımızın sevimli şairi Hüseyn Arifin anım günü münasibətilə onlayn tədbir keçirilmişdir.

Tədbirdə  Hüseyn Arifin  həyat və yaradıcılığı haqqında geniş məlumat verilmiş, şeirləri səsləndirilmişdir. Çıxış edənlər onun hər misrasının arxasında çırpınan böyük ürək, zəhmət və halallıq olduğunu qeyd etmiş, Hüseyn Arif yaradıcılığının əzəli qaynaqlarından birinin təbiət olduğunu vurğulamışlar. Qeyd olunmuşdur ki, Hüseyn Arif təbiəti təsvir edəndə bəzən həqiqətən bir rəssam kimi onu canlandırıb.
Tədbirdə   mədəniyyət işçilərinin və məktəblilərin ifasında şairin şeirləri səslənənmiş, "Şeir deyilmi" şerinə musiqi ifa edilmişdir.

Yekunda Xalq Şairi Hüseyn Arifə həsr olunmuş video çarxda şairin öz səsi ilə şeiri tədbir iştirakçılarına təqdim olmuşdur.